hakim və vəkil

* the bench and the bar судьи и адвокаты
haxlamaq
haqq-hesab çəkmək
OBASTAN VİKİ
Vəkil
Vəkil (ərəb. ماحم‎) Vəkalətə əsasən iş görən şəxs -Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M. F. Axundzadə). Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Təyinatlı vəkil
Təyinatlı vəkil — məhkəmə işində iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onların maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququnun təmin edilməsi məqsədilə dövlət hesabına təyin olunmuş vəkil. Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya da daxil olmaqla bəzi Birlik dövlətlərində təyinatlı solisitorlar cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxslərə müvafiq xidmətləri göstərirlər. Kanadada belə vəkillərə təyinatlı konsullar deyilir.
Vəkil (dəqiqləşdirmə)
Vəkil — Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu. Vəkil (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Vəkil (Çaldıran)
Vəkil (fars. وكيل‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (36 ailə).
Vəkil Hacılı
Vəkil Mustafayev
Vəkil Mustafayev (1938, Səmərqənd – 19 aprel 2019, Brüssel) — sovet KQB agenti, kürd separatçısı. 1992-ci ilin mayında, Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından iki gün sonra bu ərazilərdə qondarma "Laçın Kürd Respublikası" elan edib. Vəkil Mustafayev 1938-ci ildə Özbəkistanda, sürgünə göndərilmiş kürd ailələrindən birində anadan olub, 80-ci illərin əvvəlləriinə qədər Orta Asiyada yaşayıb və işləyib. 1980-ci ildə həbs təhlükəsindən yayınmaq üçün Naxçıvana qaçdı. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdılar. Ermənistana, Azərbaycana, Moskvaya onun yaxşı kadr olması, ona böhtan atılması barədə yazdılar. 1981-ci ildə o, Azərbaycanda işləməyə göndərilib və daxili işlər orqanlarında vəzifə tutub. "Musto" ləqəbli sovet KQB-sinin agenti kimi tanınırdı və ötən əsrin 80-ci illərinin sonlarında, Qarabağda erməni separatizmi baş qaldıranda o vaxtkı Əli Bayramlı şəhərinin polis rəisinin müavini işləmişdi. Onun həyat yoldaşı əslən rusdur, Sovet ordusunda zabit kimi qulluq göstərirdi. V. Mustafayevin son üç ildir yaşadığı Belçikanın Brüssel şəhərində 2019-cu il aprelin 19-da astma xəstəliyindən öldüyü bildirilir.
Əl-Vəkil
Əl-Vəkil (ər. الوكيل) — Allahın adlarından biri. "Vəkil olaraq Allah yetər". "Gərək möminlər Allaha təvəkkül etsinlər!" "Allah bizə yetər. O, nə gözəl Vəkildir". "Məndən başqa heç bir Vəkil tutmayın.
Əli Vəkil
Əli Vəkil (tam adı: Səfiyev Əli Vəkil oğlu; 10 iyun 1938, Yuxarı Şorca, Basarkeçər rayonu – 7 fevral 2022, Bakı) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (1972), Azərbaycan Jurnalistlər Birliyinin (1968) üzvü, "Araz" ali ədəbi mükafatı laureatı (1998). Əli Vəkil 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orada Şişqaya kənd orta məktəbini bitirib İrəvanda X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsində təhsil almışdır (1955–1960). Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlamışdır (1960–1972). Həmin dövrdən bədii yaradıcılığı davam etdirir. Eyni zamanda tərcümə ilə də məşğul olur. L.Adyanla birlikdə Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesini, S.Xocayanla birlikdə Bayram Həsənovun "Ayaz" povestini erməni dilinə çevirmişdir. Onun erməni ədəbiyyatından doğma dilə tərcümələri də vardır. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirmişdir (1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor (1972–1975), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant (1975–1977), Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri (1977–1988), sonra məsul katibi (1988–1990), Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri (1990-?) olmuşdur.
Vəkil hanı?
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Vəkil (Səfəvilər)
Vəkil — Səfəvilər imperiyasının iyerarxiyasında ən yüksək vəzifələrdən biri, səltənətin inzibati və bəzi dini işlərində canişin. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. ISBN 978-0857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. ISBN 978-0857715883.
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hakim Baxışov
Hakim Bəşirov
Hakim Cəfərov
Hakim Həsənov
Hakim Sadi
Hakim Sadi (14 noyabr 1992) — Əlcəzairli marafonçu. Hakim Sadi Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Hakim Sadi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 26 dəqiqə 47 saniyəyə qət edərək 155 marafonçu sırasında 104-cü yeri tutdu.
Hakim Ziyex
Hakim Ziyex (19 mart 1993) — Süper Lig təmsilçilərindən olan Galatasaray klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusudur. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur. Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.[mənbə göstərin] Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur. 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır. 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır. Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Hakim küləklər
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Hakim İbrahimov
Hakim Elçin oğlu İbrahimov (2 oktyabr 1990; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub. Hakim İbrahimov 1990-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı. Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı. Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.